• 3 Sentyabr 2026
logo
Bakı metropoliteninin Qırmızı xəttində gecikmələr olub

Bakı metropoliteninin Qırmızı xəttində gecikmələr olub

Qısamüddətli gərginlik düşməsi səbəbindən Bakı metropoliteninin Qırmızı xəttində qatarların hərəkətinin və stansiyalarda aidiyyəti üzrə normativlərə uyğun tənzimləmə işləri aparılır.

"Bakı Metropoliteni" QSC-dən Baymedia.az-a verilən məlumata görə, bunun nəticəsində xəttin sahələri üzrə qatarların hərəkət intervalında, 1 və 2 dəqiqə gecikmələr müşahidə olunub.

"Hazırda qatarların hərəkətinin cədvəl üzrə tənzimlənməsi aparılır. Sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün tədbirlər görülüb", - QSC-dən bildirilib.