09:33
Bakıda 75 yaşlı qadın itkin düşüb.
Baymedia.az APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, F.Xoyski küçəsində qeydə alınıb.
Rusiya Federasiyası vətəndaşı Maperi Mirzəxan qızı Mirzəxanova polisə ərizə ilə müraciət edərək 1949-cu il təvəllüdlü daun sindromlu qohumu Lyubov Nikolayevna Buşkinanın C.Naxçıvanski küçəsində yerləşən "8-ci km bazarı"nda naməlum istiqamətdə gedərək itkin düşdüyünü bildirib.
Hazırda Lyubov Nikolayevna Buşkinanın olduğu yerin müəyyən edilməsi istiqamətində axtarışlar aparılır.
***
Bakıda itkin düşən 75 yaşlı qadın tapılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1949-cu il təvəllüdlü daun sindromlu Buşkina Lyubov Nikolayevnana polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.