• 3 Sentyabr 2026
logo
Türkiyə vətəndaşı Bakı-Quba yolunda öldü

Türkiyə vətəndaşı Bakı-Quba yolunda öldü

Bakı-Quba yolunda TIR sürücüsü olan türk vətəndaşı sükan arxasında ölüb.

Baymedia.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində qeydə alınıb.

Türk vətəndaşı olan 1966-cı il təvəllüdlü Orxan Kazım oğlu İldırımın vəziyyəti yük maşını hərəkətdə olarkən pisləşib.

Sürücü yük avtomobilini saxladıqdan sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.