• 3 Sentyabr 2026
logo
Sumqayıt-Bakı qatarında problem: sərnişinlər düşürüldü

Sumqayıt-Bakı qatarında problem: sərnişinlər düşürüldü

Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarının qapılarında texniki problem yaranıb.

Bu barədə Baymedia.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Məlumata görə, sərnişinlər stansiyalardan birində düşürülüb və digər qatara mindirilib.

Hazırda Abşeron dairəvi dəmir yolu xəttində qatarlar qrafik üzrə hərəkət edir.