• 21 Dekabr 2024
logo
Sumqayıtda idmançını öldürən ata və oğul barəsində məhkəmə qərar qəbul edib

Sumqayıtda idmançını öldürən ata və oğul barəsində məhkəmə qərar qəbul edib

Sumqayıtda idmançını bıçaqlayaraq qətlə yetirən ata və oğlunun barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əhəd İsmayılov və Ramil İsmayılov şikayətin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

Məhkəmə onların müraciətini nəzərə alıb.

Qeyd edək ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı Ramil İsmayılovun 20 il, Əhəd İsmayılovun isə 19 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxslərə nisbətən yüngül maddə əsasında cəza təyin edib. Daha sonra prokurorluq hökmdən apellyasiya şikayəti versə də, hökm dəyişdirilmədən saxlanılıb. Prokurorluğun Ali Məhkəməyə protest təqdim etməsindən sonra iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılıb.

Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Ramil İsmayılovun cəzası 10 il 6 aydan 18 ilə, Əhəd İsmayılovun cəzası isə 9 ildən 16 ilə dəyişdirilib.