• 3 Sentyabr 2026
logo
Tovuza yasa gələn iki qardaş dəm qazından boğularaq ölüb

Tovuza yasa gələn iki qardaş dəm qazından boğularaq ölüb

Tovuza qonaq gələn iki qardaş dəm qazından boğularaq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Əsrik Cırdaxan kəndinə yas mərasiminə gələn 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıb, gecə dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.