• 31 Yanvar 2025
logo
Ermənistan ordusunun general-mayoru axtarışa verilib

Ermənistan ordusunun general-mayoru axtarışa verilib

44 günlük müharibə vaxtı 18-ci atıcı diviziyasının komandiri olmuş general-mayor Karen Arustamyan axtarışa verilib.

APA-nın məlumatına görə, ona qarşı xidməti səlahiyyətlərinin icrası zamanı səhlənkarlıq maddəsilə cinayət işi açılıb.

Arustamyan vaxtilə Qarabağda separatçıların nəzarətində fəaliyyət göstərən “N” saylı hərbi hissənin 72 nəfərlik şəxsi heyətini öz tabeçiliyinə qəbul etməkdən qanunsuz olaraq boyun qaçırmaqda ittiham edilir.