• 21 Fevral 2025
logo
ƏHD Partiyası İlyas İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib

ƏHD Partiyası İlyas İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyəti Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib.
ƏHD Partiyası mətbuat xidmətinin yaydığı məlumata görə, başsağlığında deyilir: “Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatını kədər hissi ilə qarşıladıq. Mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir, ona Allahdan rəhmət diləyirik!
Ruhu şad olsun!”.