• 22 Fevral 2025
logo
Ukrayna nəşri Xocalı soyqırımından yazıb

Ukrayna nəşri Xocalı soyqırımından yazıb

Ukraynanın “Kiyev diplomatik” nəşrində “Azərbaycanlıların Xocalı soyqırımının 33-cü ildönümü: tarix nə deyir?” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifləri həmvətənlərimiz - hüquq elmləri doktoru, professor, diplomat, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyev və Boqdan Xmelnitski adına Melitopol Dövlət Pedaqoji Universitetinin aspirantı Qara Həsənovdur.

Müəlliflər Xocalı soyqırımının xronikası barədə geniş yazaraq qeyd ediblər ki, erməni millətçilərinin Azərbaycan xalqına qarşı soyqırımı siyasəti və təcavüzünün 200 illik tarixi var.

“Azərbaycan şəhəri olan Xocalı çoxdandır ki, Babiy Yar, Osvensim, Xatın, Buhenvald kimi, sadəcə, coğrafi ad deyil. Bu şəhər amansızlığı və vəhşiliyi ilə dünyanı silkələyən kütləvi qətllərin ən faciəli ünvanlarından biridir”, - deyə məqalədə vurğulanır.