• 3 Sentyabr 2026
logo
DSX: Cəbrayılda hərbçinin minaya düşərək həlak olması ilə bağlı araşdırma aparılır

DSX: Cəbrayılda hərbçinin minaya düşərək həlak olması ilə bağlı araşdırma aparılır

Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən ərazidən tapılan sursat partlayışı nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərb qulluqçusu, kiçik gizir Musazadə Əsgər Nicat oğlu müxtəlif dərəcəlı bədən xəsarətləri alıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq DSX-dan bildirilib.

"Həkimlərin səylərinə baxmayaraq, o, həlak olub. Faktla bağlı DSX və Hərbi Prokurorluqda araşdırma aparılır", məlumatda deyilir.