“Bakı Kart”ın operatoru "K Group" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını kəskin azaldıb.
“APA-Economics” xəbər verir ki, şirkətin nizamnamə kapitalı 16.1% və ya 3.7 milyon manat azaldılaraq 19.3 milyon manat müəyyən edilib.
Qeyd edək ki, şirkət 3 noyabr 2014-cü ildə qeydiyyatdan keçib, qanuni təmsilçisi isə Allahverdiyev Məmməd Ənvər oğludur.
Xatırladaq ki, Bakı Metropolitenindəki və Bakı şəhərində fəaliyyət göstərən avtobus xətlərində gediş haqqının ödənilməsi "BakıKart" terminalı vasitəsilə həyata keçirilir.