• 26 Aprel 2025
logo
Azərbaycanda zəlzələ olub, 4 bala qədər hiss edilib

Azərbaycanda zəlzələ olub, 4 bala qədər hiss edilib

Şəki stansiyasından 6km Şərqdə, Şəki-Oğuz sərhəddində 4 maqnitudalı zəlzələ olub.

Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan xəbər verilib.

Bildirilib ki, yerli vaxtla 08:31-də qeydə alınan yeraltı təkan 17km dərinlikdə baş verib.

Zəlzələ episentrdə 4 bala qədər hiss edilib.