• 26 Aprel 2025
logo
Turizm zonalarında tullantı poliqonlarının yaradılması qadağan edilib

Turizm zonalarında tullantı poliqonlarının yaradılması qadağan edilib

Turizm və rekreasiya zonalarının ərazilərində məişət tullantıları ilə əlaqədar poliqonlar üçün sahələrin ayrılması və təşkili qadağan edilib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla əlaqədar “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda dəyişiklik edib.