Azərbaycanda cari ilin birinci yarısında 13 min cinayət faktı qeydə alınıb.
APA xəbər verir ki, bunu Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov sosial şəbəkədə canlı yayımda deyib.
O bildirib ki, bu, ötən illə müqaisədə 20 faiz azdır: “Yol nəqliyyat hadisələri ilə də bağlı 20 faiz azalma müşahidə olunur. Eyni zamanda qəza zamanı ölən şəxslərin sayında 40 faizə qədər azalma müşahidə olunub. Bu, müsbət haldır”.