Şuşada hər dəfə abadlıq işlərinin genişləndiyini görürəm.
APA xəbər verir ki, bunu Şuşaya səfər edən Portuqaliyadan olan səyyah Loic Pedras bildirib.
“Mən akademikəm və burada olmağımın səbəbi də məhz budur. Düzünü desəm, bu, Şuşaya artıq üçüncü səfərimdir və gördüklərim məni hər dəfə çox təsirləndirir. Abadlıq işləri olduqca təəssüratlıdır. Fantastik işlər görülür, yerli mədəniyyət nümunələri qorunur. Mən hər dəfə bura gələndə yeni işləri görürəm və bu, doğrudan da heyrətamizdir”, – səyyah qeyd edib.
Loic Pedras əlavə edib ki, Şuşada həyatın normallaşması onu xüsusilə sevindirir: “Şuşa həm də Azərbaycanın mədəniyyət paytaxtıdır. Ən maraqlısı budur ki, baş verənlərdən sonra burada həyat normallaşır. Bu, fantastikdir. Çünki sülh olmadan inkişaf mümkün deyil. Biz indi sülhü və inkişafı görürük”.