• 21 Noyabr 2025
logo
Azərbaycan və İraq arasında radio yayımlarının texniki parametrləri razılaşdırılıb

Azərbaycan və İraq arasında radio yayımlarının texniki parametrləri razılaşdırılıb

Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində Azərbaycan və İraq respublikaları arasında FM radioyayım stansiyalarının koordinasiyasına dair görüş keçirilib.

Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Azərbaycan tərəfini RİNN, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri təmsil ediblər.

Müzakirələr zamanı 2023-cü ildə Bağdad şəhərində imzalanmış Anlaşma Memorandumunun müddəaları nəzərə alınaraq, iki ölkə arasında mövcud və planlaşdırılan FM radioyayım stansiyalarının tezlikləri və digər texniki parametrləri razılaşdırılıb, bununla bağlı protokol imzalanıb.

Görüşün yekununda qeyd olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.