Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) kadr islahatı aparılması və SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimovun vəzifəsindən azad edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Korrekt.az-ın əldə etdiyi məlumata görə, İlkin Rəhimov hazırda da SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsini icra edir. Şirkətdə onun vəzifədən uzaqlaşdırılması ilə bağlı hər hansı rəsmi qərar mövcud deyil.