• 29 İyul 2026
logo
Oğuzda minik avtomobilləri toqquşub, ölən var

Oğuzda minik avtomobilləri toqquşub, ölən var

Oğuzda minik avtomobilləri toqquşub, ölən var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" və "VAZ-2109" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində "VAZ"ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizəd oğlu Məmmədəliyev ölüb.

Faktla bağlı araşdırma aparılır.