Balkanlardakı Kosova Serbiyadan müstəqillik uğrunda mübarizə apardığı dövrdə Kosova Qurtuluş Ordusunun (UÇK) rəhbəri olan keçmiş prezident Haşim Taçi müharibə cinayətlərinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə H.Taçi ilə birlikdə mühakimə olunan keçmiş UÇK rəhbərlərindən Yakup Krasnikiyə 25 il, Kadri Veseliyə 18 il, Rəcəb Selimiyə isə 13 il həbs cəzası verib.
Haaqadakı Kosovo Xüsusi Məhkəməsi prokurorluğun haqqında 45 il həbs tələb etdiyi Haşim Taçinin 1990-cı illərdə Kosovoda törədilən qətl, işgəncə, qanunsuz saxlanılma kimi müharibə cinayətlərinə görə məsuliyyət daşıdığını açıqlayıb.
Məhkəmə Taçinin cəzasını 25 ilə endirib.
Məhkəmə 58 yaşlı Taçinin serblərlə əməkdaşlıq etdiklərini əsas gətirərək 96 siyasi müxalifin öldürülməsinə, eləcə də yüzlərlə şəxsin işgəncə və pis rəftara məruz qalmasına görə məsuliyyət daşıdığına dair ittihamları əsas götürüb.
Qərarı ayaq üstündə dinləyən Taçi haqqında irəli sürülən ittihamları daha öncə rədd etmişdi.
– Albanlar, türklər və müsəlmanlar küçələrə axışdı…
Hollandiyanın Haaqa şəhərində qərarın elan olunmasından əvvəl çox sayda Kosova türkü, Albaniya müsəlmanları, bosniyalı, Asiyadakı türk dövlətlərinin və Avropada yaşayan Anadolu (Türkiyə) türklərinin vətəndaşları Taçi və digər müttəhimlərə dəstək məqsədilə küçələrə çıxıblar.
Əllərində UÇK bayraqları ilə soğanlar atan etirazçılar qərara etiraz olaraq onları dayandırmağa çalışan polis avtomobillərinin üzərinə çıxdılar.