• 29 İyul 2026
logo
Yaponiya əhalisi 42 ildən sonra ilk dəfə 120 milyondan aşağı düşdü

Yaponiya əhalisi 42 ildən sonra ilk dəfə 120 milyondan aşağı düşdü

Yaponiya əhalisi, əcnəbilər istisna olmaqla, 42 ildə ilk dəfə 120 milyondan aşağı düşüb.

Bu barədə Yaponiya mediası məlumat yayıb.

Son bir ildə Yaponiya əhalisi 916 000 nəfər azalaraq, 119 736 milyona düşüb. Bu, 1968-ci ildən bəri əhalinin ən yüksək azalma tempidir.

Həmçinin Yaponiyada yaşayan əcnəbilərin sayı tarixdə ilk dəfə 4 milyonu keçib.

Beləliklə, Yaponiyanın ümumi əhalisi 123,7 milyon nəfər olub.