• 24 Aprel 2026
logo
Türkiyə üzərindən hesab aparmaq odla oynamaqdır

Türkiyə üzərindən hesab aparmaq odla oynamaqdır

Yaxın Şərqin illərdir qanayan yarasına çevrilmiş siyasətlərin əsas aktorlarından biri olan Benyamin Netanyahu bir daha məntiqsiz ssenarilərlə gündəmə gəlir. Türkiyə kimi köklü bir dövlətə qarşı əməliyyat planı qurmaq yalnız strateji səhv deyil, eyni zamanda, regional sülhü sarsıdacaq təhlükəli düşüncə tərzinin göstəricisidir.
Türkiyə Respublikası adi bir ölkə deyil. Söhbət NATO daxilində ikinci ən böyük orduya sahib dövlətdən gedir. Əsrlərin təcrübəsi ilə formalaşmış hərbi mədəniyyət, nizam-intizamlı struktur və dəfələrlə özünü sübut etmiş güc…
Belə bir ölkəyə qarşı masa arxasında plan qurmaq reallıqdan uzaqlaşmağın ən açıq nümunəsidir.
Bu gün Türkiyə yalnız say baxımından deyil, texnoloji inkişafları ilə də diqqət çəkir. Yerli müdafiə sənayesi artıq seçim yox, reallıqdır. Səmada PUA-lar, quruda modernləşdirilmiş hərbi qüvvələr, dənizlərdə güclü donanma…
Türkiyə yalnız sərhədlərini qoruyan deyil, lazım gəldikdə regional tarazlıqları dəyişə biləcək gücə malik ölkədir.
Netanyahudanaçıq şəkildə soruşuram: Kiminlə qarşı-qarşıya olduğunu həqiqətən bilirsən?
Türkiyə təhdid dili ilə istiqamətləndiriləcək bir ölkə deyil. Bu millət tarix boyu üzərinə yönələn hər hücuma qarşı dik dayanıb, lazım gəldikdə bədəl ödəyib, amma heç vaxt boyun əyməyib. Bu gün də eyni qətiyyət, eyni iradə yerindədir.
Yaxın Şərqdə sülh istəyirsinizsə, əvvəlcə sağlam düşüncə ilə hərəkət etməyi öyrənməlisiniz. Davamlı münaqişə, davamlı böhran, davamlı gərginlik…
Bu siyasət artıq iflasa uğrayıb. Xalqları bir-birinə düşmən edərək ayaqda qalmağa çalışan yanaşmalar tarix səhnəsindən silinməyə məhkumdur.

Türkiyəyə yönələn ən kiçik təhdid belə yalnız siyasi böhran deyil, çox daha böyük nəticələr doğuracaq bir dönüş nöqtəsi olar. Çünki Türkiyə sadəcə bir dövlət deyil, eyni zamanda bir mövqedir.
Və o mövqe aydındır:
Sülhdə dost, təhdid qarşısında cavab verən bir güc.
Netanyahu və onun kimi düşünənlərə tövsiyəm budur:
Türkiyə haqqında plan qurmazdan əvvəl tarixə baxın. Çünki bu millət yazdığı dastanları yenidən yazmaqdan çəkinməz.

Sərkan Torun