Ukrayna münaqişəsi sona yaxınlaşır.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp buna əminliyini ifadə edib.
"Mən alovlanan, az qala müharibəyə çevrilmək üzrə olan səkkiz müharibə və münaqişəni tənzimləmişəm. Onlardan bəziləri yenicə başlamışdı və mənə elə gəlir ki, biz daha ikisinə son qoymağa çox yaxınıq. Düşünürəm ki, Rusiya ilə Ukrayna arasındakı münaqişə bu mərhələyə yaxınlaşır", - deyə o, Ayova ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.
Tramp əlavə edib ki, ABŞ-nin İranla müharibəsi də "çox tezliklə başa çatacaq". "İstənilən halda, bunun məhz necə baş verəcəyi mənim üçün praktiki olaraq əhəmiyyət kəsb etmir. Amma elə və ya belə, bu, çox tezliklə baş verəcək və benzinlə neftin qiymətləri kəskin şəkildə düşəcək", - deyə amerikalı lider hesab edir.
Məryəm Quliyeva