UNEC-də bəzi kafedra və fakültələr ləğv edilib
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) struktur dəyişiklikləri olub.
Universitetdən verilən məlumata görə, Elmi Şurada Tələbə şöbəsinin ləğv edilərək, Tələbə İşləri Mərkəzi yaradılması, eləcə də UNEC Könüllüləri Tələbə Təşkilatı, Əcnəbi Tələbələrin Cross Culture Təşkilatı və UNEC Mentorluq Xidmətinin yaradılması barədə qərar qəbul edilib.
UNEC-in müəllim, əməkdaş və tələbələrinin rəqəmsal vərdişlərinin daha da artırılması məqsədilə distant təhsil verən dünya universitetlərinin təcrübəsinə əsaslanan və tələbələrdən ibarət Rəqəmsal Könüllülər Təşkilatı yaradılıb.
Şuranın qərarı ilə Nobel mükafatçılarının, eləcə də nüfuzlu xarici mütəxəssislərin təmsil olunacağı UNEC Beynəlxalq Ekspertlər Şurası və distant təhsilə keçidlə bağlı ciddi araşdırmaların aparılması məqsədilə Distant Təhsil Tədqiqat İnstitutu yaradılıb.
Həmçinin "Rus dili" kafedrası ləğv edilərək, "Xarici dillər" kafedrasına birləşdirilib. Bir sıra ixtisasların bağlanması nəzərə alınaraq, "Müəssisənin iqtisadiyyatı" kafedrası da ləğv edilib.
Şurada Texnologiya və Dizayn, eləcə də Ekspertiza və Standartlaşdırma fakültələrinin ləğv edilərək, Rəqəmsal İqtisadiyyat Fakültəsi və Mühəndislik Fakültəsinin yaradılması barədə qərar qəbul edilib.
Digər xəbərlər
3 Sentyabr 2026 12:55
469
27 Avqust 2026 12:50
4 585
18 Avqust 2026 11:59
5 495
17 Avqust 2026 10:38
4 599
17 Avqust 2026 10:37
3 115
17 Avqust 2026 10:36
2 898
5 Avqust 2026 18:17
5 467
4 Avqust 2026 10:38
3 059
4 Avqust 2026 10:14
5 208
4 Avqust 2026 10:04
4 123
3 Avqust 2026 12:00
2 065