İlk dəfə az ağır cinayət törətmiş 15 yaşınadək şəxslərin cinayət məsuliyyətindən azad edilməsinə üstünlük veriləcək
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Ombudsmanın sorğusu əsasında Cinayət Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələrinin Konstitusiyanın 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
APA-nın məlumatına görə, plenumda iş üzrə mülahizələr, ekspert rəyi və işin materialları müzakirə edilərək qərar qəbul olunub.
Qərarda deyilir ki, Cinayət Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələri Konstitusiyanın 17-ci maddəsinin V hissəsi ilə ziddiyyət təşkil etmir.
Belə ki, məhkəmələr ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş 15 yaşınadək şəxslərə ictimai işlər cəzasının təyin olunması məsələsini həll edərkən, ilk növbədə, onların Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsinə üstünlük verməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
Digər xəbərlər
27 Oktyabr 2026 12:29
343
27 Oktyabr 2026 12:24
371
26 Oktyabr 2026 10:38
350
26 Oktyabr 2026 10:37
371
25 Oktyabr 2026 18:57
462
22 Oktyabr 2026 11:17
665
22 Oktyabr 2026 09:31
679
21 Oktyabr 2026 12:27
854
21 Oktyabr 2026 11:46
735
21 Oktyabr 2026 11:44
721
19 Oktyabr 2026 11:10
875
15 Oktyabr 2026 12:24
1 134