• 4 İyul 2025
logo
Urmuda onlarla bələdiyyə işçisi işdən qovulub

Urmuda onlarla bələdiyyə işçisi işdən qovulub

Qərbi Azərbaycan əyalətinin Urmu şəhərinin bələdiyyəsinin 30 işçisi işdən qovulub.
Buna səbəb onların əmək haqlarının qanunla nəzərdə tutulandan az ödənilməsinə etiraz etmələridir.
Qeyd edək ki, bələdiyyənin yaşıllıq bölməsinin işçilərinin əmək haqlarının sosial təminat sistemində 5 milyon 800 min tümən qeyd olunur.
Lakin buna baxmayaraq, onlara bu məbləğin yarısı ödənilir.
Buna etiraz edən və sosial mediada ictimailəşdirən işçilər bələdiyyə başçısı Hüseyun Mehdizadənin göstərişi ilə işdən uzaqlaşdırılıblar.
Gunaz.tv