• 5 Sentyabr 2026
logo
Təqaüddə olan polis zabiti həbs olundu

Təqaüddə olan polis zabiti həbs olundu

Milli fəalların tutulmasına yönəlmiş əməliyyatların ardı-arası kəsilmir.

Baymedia.az xəbər verir ki, həftə ərzində İranda Güney Azərbaycan Milli Hərəkatının üzvlərinə qarşı həyata keçirilən silsilə əməliyyatlar nəticəsində 12-ci milli fəal həbs edilib.

Onun Marağa şəhər sakini, təqaüddə olan polis zabiti Cəfər Məhəmmədi olduğu müəyyən edilib. Bildirilib ki, Məhəmmədi hazırda paytaxt Tehranda yerləşən 209 nömrəli kəşfiyyat bölməsinə təhvil verilib.