• 5 Sentyabr 2026
logo
Bank kartından 6 min manat oğurlayan şəxslər saxlanılıb

Bank kartından 6 min manat oğurlayan şəxslər saxlanılıb

Bank kartından oğurluq edən şəxslər saxlanılıb.

DİN-dən Baymedia.az-a verilən xəbərə görə, Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 6050 manatını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Vüqar Nəsibov və Ruslan Heydərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.