Tehranın Evin həbsxanasının təhlükəsizlik təcridxanasında saxlanılan güneyli milli fəal Səid Minayi həbsxananın ümumi palatasına köçürülüb.
Gunaz.tv
Şərqi Azərbaycan əyalətinin Binab şəhərindən olan Səid Minayi fevralın 6-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Təbrizin təhlükəsizlik təcridxanasından dindirilən milli fəal fevralın 11-də Tehran həbsxanasına köçürülüb.
Qeyd edək ki, Səid Minayi Azərbaycan dili və mədəniyyəti, ətraf mühit problemləri, xüsusilə, Urmu gölü ilə bağlı fəaliyyətlərinə görə, bundan öncə də bir neçə dəfə həbs edilib.