• 26 Sentyabr 2026
logo
Bayramov və Kulubayev bəyanatlarla çıxış etdi

Bayramov və Kulubayev bəyanatlarla çıxış etdi

09:21

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev arasında görüş başlayıb.

Baymedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.

Görüş Bişkek şəhərində keçirilir.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumatlandırıb.

Bu barədə XİN başçısı X-də yazıb.

“Rəsmi səfər çərçivəsində qardaş Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşməkdən şadam. Görüş çərçivəsindən Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığını daha da inkişaf etdirmək üçün qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi bir daha vurğulandı. COP29 və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumat verildi”, - qeyd edilib.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev birgə mətbuat konfransında bəyanatlarla çıxış ediblər.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.