• 20 May 2024
logo
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.

APA-nın Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçirilir. Görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.