Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sərhədin bir hissəsinin delimitasiyasına dair protokolun imzalanmasını böyük uğur adlandırıb.
Baymedia.az xəbər verir ki, o, bu barədə Ermənistan hökumətinin iclasında deyib.
“Protokolun Ermənistan və Azərbaycan komissiyaları tərəfindən imzalanmasını böyük uğur hesab edirəm. İlk dəfədir ki, delimitasiya olunmuş sərhədimiz var. Bu, suverenliyimizin təməl daşıdır, təhlükəsizlik səviyyəsi yüksələcək”,- Paşinyan bildirib.
Baş nazir delimitasiyanın SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il topoqrafik xəritəsinə uyğun olaraq aparılmasının vacibliyini qeyd edib:
“Bu, eskalasiya və hərbi münaqişələrin baş vermə ehtimalını əhəmiyyətli dərəcədə azaldır”.