• 26 Sentyabr 2026
logo
Bu ölkə Azərbaycanda diplomatik missiya aça bilər

Bu ölkə Azərbaycanda diplomatik missiya aça bilər

Cənubi Afrika Respublikası (CAR) yaxın gələcəkdə Azərbaycanda diplomatik missiya aça bilər.

Baymedia.az xəbər verir ki, bunu Report-a müsahibəsində CAR-ın Azərbaycan üzrə qeyri-rezident səfiri xanım Dipuo Berta Letsatsi-Duba bildirib.

"Azərbaycanın ölkəmizdə səfirliyi fəaliyyət göstərir. CAR yaxın gələcəkdə yaradılacaq diplomatik missiyası vasitəsilə Azərbaycanla əlaqələri daha da gücləndirmək niyyətindədir", - o deyib.