Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova bu gün erməni həmkarı Alen Simonyanla görüşəcək.
Baymedia.az xəbər verir ki, görüşün saat 20:30-da Cenevrədə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, görüşdən öncə Sahibə Qafarova və Alen Simonyan ayaqüstü söhbət ediblər.
Xatırladaq ki, martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.