• 26 Sentyabr 2026
logo
Lui Bono Azərbaycana gəlir

Lui Bono Azərbaycana gəlir

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə regiona səfər edəcək.

ABŞ-nın Bakıdakı səfirliyindən Baymedia.az-a verilən məlumata görə, səfər zamanı Vaşinqtonun Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi dəstək, davamlı və ləyaqətli sülhə nail olmaq yolları müzakirə olunacaq.

Onun Azərbaycan və Ermənistana səfəri zamanı sülh prosesinə dəstək üçün əsas maraqlı tərəflərlə görüşləri planlaşdırılır.