• 26 Sentyabr 2026
logo
Sevinci sevincimiz, kədəri kədərimiz... - Türkiyədən təbrik

Sevinci sevincimiz, kədəri kədərimiz... - Türkiyədən təbrik

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Baymedia.az xəbər verir ki, bu barədə qurumun rəsmi X hesabında paylaşım edilib.

"Əziz Azərbaycan, Müstəqillik Gününüz mübarək! Sevinci sevincimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın qürurunu və coşqusunu ürəkdən bölüşürük", - paylaşımda vurğulanıb.