• 1 İyul 2025
logo
Prezident Məmmədovu Rəhman Hümmətovla əvəzlədi

Prezident Məmmədovu Rəhman Hümmətovla əvəzlədi

Prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Baymedia.az sərəncamın mətnini təqdim edir:

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 258 (Cild I) birinci hissəsində “Samir Məmmədov” sözləri “Rəhman Hümmətov” sözləri ilə əvəz edilsin.