• 30 Dekabr 2024
logo
Azərbaycanla Naxçıvan arasında kommunikasiyanın açılması...

Azərbaycanla Naxçıvan arasında kommunikasiyanın açılması...

Hazırda Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində irəliləyiş var.

Baymedia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, vurğulayıb ki, bu prosesin əsası Almata bəyannaməsidir:

“Regionda nəqliyyat kommunikasiyalarının qarşısının alınması da uzunmüddətli sülhə doğru mühüm addımdır. Bununla bağlı “Dünyanın kəsişməsi” (Sülh qovşağı) təşəbbüsünü xatırlatmaq olar. Bu təşəbbüs ona görə vacibdir ki, o bizim üçün strateji əhəmiyyətli ölkə olan İranla, gələcəkdə isə Türkiyə və Rusiya ilə dəmir yolu əlaqəsini təmin edir. Azərbaycan Türkiyə və İranla da dəmir yolu əlaqəsi yaratmaq imkanı qazanır”.

Paşinyan əlavə edib ki, Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən avtomobil və dəmir yolu əlaqələrinin açılması da mühüm addımdır:

“Ermənistan bu imkanı yaratmağa hazırdır, baxmayaraq ki, Naxçıvan artıq İran və Türkiyə vasitəsilə xarici dünyaya çıxış əldə edib”.