Ermənistanla sülh sazişi mətninin təxminən 80 faizi razılaşdırılıb.
Baymedia.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Real TV-yə müsahibəsində deyib.
O bildirib ki, sülh sazişi bütöv sənəddir:
“Ona görə də bütün bəndlərin razılaşdırılmasına ehtiyac var. Amma ümumilikdə irəliləyiş mövcuddur”.
A.Hacızadə qeyd edib ki, sülh sazişinə mane olan əsas məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır:
"Həmçinin bildirim ki, Azərbaycan Konstitusiyasında heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur".
Nazirlik rəsmisi onu da vurğulayıb ki, rəsmi Bakı regionda kommunikasiyaların açılmasında maraqlıdır.