• 1 Noyabr 2024
logo
Rəsmi Moskva Qərbi Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etməkdə günahlandırıb

Rəsmi Moskva Qərbi Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etməkdə günahlandırıb

Rəsmi Moskva Qərbi Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etməkdə günahlandırıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Belarus paytaxtı Minskdə keçirilən II Beynəlxalq Avrasiya Təhlükəsizliyi konfransında çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov qərb ölkələrinin Avrasiyasının müxtəlif məkanlarında destruktiv fəaliyyət göstərməsindən danışıb.
Bildirib ki, qərbin Avrasiyasının digər hissələrində destruktiv fəaliyyəti sakitləşmir. Onun sözlərinə görə, qərb israrla Cənubi Qafqazda öz xidmətlərini Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında tətbiq etməyə çalışır.

Lavrov Amerikanın Əfqanıstandan 20 illik işğaldan sonra qaçdığını xatırladıb. Qeyd edib ki, Vaşinqton və müttəfiqləri bu gün Əfqanıstanda həssas olan vəziyyətin sabitləşməsi prosesinə müdaxilə etməyə çalışırlar.