AXC TV-nin baş redaktoru, politoloq Niyaməddin Orduxanlının aparıcı olduğu "Həftənin yekunu" proqramının canlı efirinin bu dəfəki qonağı Ədalət, Hüquq, Demokatiyam (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev olub. Verlişdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsinə ƏHD Partiyasının mövqeyi, COP29 Sammitində Azərbaycan prezidenti İlham Əliyevin çıxışı və mesajları,bəzi qərb ölkələrinin Azərbaycanı hədəfə almasının səbəbləri, radikal müxalifətin qərbə verdiyi dəstək və digər məsələlər müazikirə olunub.
Həmin verlişin videosunu təqdim edirik: