• 19 Aprel 2025
logo
Azərbaycan və Sloveniya XİN başçılarının təkbətək görüşü keçirilir

Azərbaycan və Sloveniya XİN başçılarının təkbətək görüşü keçirilir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla təkbətək görüş keçirilir.

Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Müzakirələr zamanı əsas diqqət siyasi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri, ticarət və investisiyaların artırılması, çoxtərəfli platformalarda qarşılıqlı dəstək olub.