“İran Silahlı Qüvvələrinin Naxçıvana xain hücumu bir daha İran molla rejiminin nankorluğunun, riyakarlığının və yaramazlığının bariz sübutudur!” Bu açıqlamanı “Moderator.az” saytına ƏHD Partiyasının Baş katibi, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə Azərbaycan dövləti İranla qonşuluq siyasətinə hər zaman sadiq qalıb, daim qonşuluq prinsipinə söykənən siyasət yürüdüb, Azərbaycan ərazisindən heç zamanın İran və ümumiyyətlə, heç bir ölkə üçün təhlükə olmayıb, Azərbaycan Prezidenti İranın Ali liderinin ölümü ilə bağlı dərhal başsağlığı verib, səfirliyi ziyarət edib, Azərbaycan İrana humanitar yardım göndərməyi də planlaşdırıb:”Bütün bunlara baxmayaraq molla rejimindən fərqli olaraq Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib, dar gündə həmişə qonşularına dəstək olub, Azərbaycanın illərdi irana qarşı dost bir münasibəti olduğu halda, İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi molla rejiminin nankorluğu ilə yanaşı, həm də dinc sakinlərə və mülki infrastruktura qarşı terror kimi qiymətləndirilməlidir!”
Niyaməddin Orduxanlının sözlərinə görə, mülki infrastruktura dron hücumu təşkil etmək acizlik və qorxaqlıq əlamətidir: ”Bu cür təhdidlər heç zaman Azərbaycan dövlətini və xalqını qorxuda bilməz! Bu günə kimi Azərbaycana hücum edənlər hər zaman peşman olublar və ya biz peşman etmişik! İran da bu qorxaq əməlinə görə peşman olacaq və cavab verəcək! Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Abbas Əraqçıya zəng edərək, Azərbaycan ərazisindən heç bir qonşu və dost dövlətə, o cümlədən İrana qarşı istifadə edilməyəcəyi ilə bağlı Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dediyi fikirləri bir daha xatırladıb. Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali rəhbəri Xameneinin öldürülməsi ilə bağlı bu ölkəyə başsağlığı verən nadir dünya liderlərindən biri olub. Prezident İranın Azərbaycandakı səfirliyini şəxsən ziyarət edib, başsağlığı verib. Nankor molla rejimi daha nə istəyir?!”