AQEM Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) bütün üzv dövlətlərini və tərəfdaşlarını təbrik edib.
Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
“Azərbaycan AQEM-in Asiyada dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın təşviqindəki unikal rolunu yüksək qiymətləndirir. AQEM sədri kimi Azərbaycan “Daha güclü AQEM: Asiyada bağlantılılıq, rəqəmsallaşma və dayanıqlı artım” şüarı altında təşkilatın məqsədlərinin həyata keçirilməsinə töhfə vermək öhdəliyini bir daha təsdiqləyir”, – paylaşımda qeyd olunub.