• 24 Noyabr 2026
logo
İndiki şəraitdə Rusiya prezidenti Vladimir Putinlə Robert Koçaryanın görüşü

İndiki şəraitdə Rusiya prezidenti Vladimir Putinlə Robert Koçaryanın görüşü

Ermənistandakı daxili proseslərdən daha çox etnik ermənilərin yaşadığı Azərbaycan əraziləri ilə bağlı ola bilər. Çox güman ki, mövzu “Qarabağ klanı”nın postmüharibə dövründəki mövqeyi əlaqədardır. Çünki klanın Ermənistanda yenidən hakimiyyətə yiyələnməsi indiki şəraitd\ inandırıcı görünmür. Ermənistandakı etirazlara baxmayaraq, revanşist qüvvələrə ciddi ictimai dəstək nəzərə çarpmır və Ermənistan vətəndaşları yaşadığı problemlərin əsas səbəbkarı kimi “Qarabağ klanı”nın nümayəndələrini görürlər. Digər tərəfdən, Koçaryan, Sarkisyan, yaxud klanın digər hansısa bir nümayəndəsinin Ermənistanda yenidən hakimiyyətə yiyələnməsi postmüharibə dövründə həyata keçirilməsi nəzərdə tutulan bütün prosesləri şübhə altına qoya bilər. Azərbaycan rəsmiləri heç bir halda Koçaryan-Sarkisyan cütlüyünün birbaşa və ya dolayısıyla iştirak etdiyi heç bir prosesə qatılmayacaqlar. Ermənistanda müharibə cinayətkarlarının hakimiyyətə yiyələnməsi yeni və daha genişmiqyaslı hərbi əməliyyatlara yol aça bilər ki, bu region dövlətlərinin, o cümlədən Rusiyanın maraqlarına uyğun deyil. Ümid edirəm ki, Rusiya prezidenti bu reallıqları (keçmiş) Mərkəzi Kəşfiyyat İdarəsinin (QRU) agentinin diqqətinə çatdırıb və revanşizmin hansı acınacaqlı nəticələrə gətirib çıxaracağını ona başa salıb.
Ermənistanda, indiki şəraitdə hərbi çevrilişə cəhd göstərilməsi vətəndaş qarşıdurmasına yol aça bilər. Çünki Ermənistan ordusunun və təhlükəsizlik qüvvələrinin bir hissəsi məğlubiyyət sindromundan ayılmasalar da belə, yeni müharibənin başlanmasını arzulamırlar. Həmçinin Paşinyanın ordiya gətirdiyi şəxslərin bir hissəsi Qarabağ savaşının qaynar nöqtələrində olmayıblar. Düşünürəm ki, bu məqamın özü də ciddi araşdırma və təhlil mövzusu ola bilər.
Paşinyanın erkən seçimə getmək niyyətinin əsas səbəblərindən biri müharibədən sonrakı reallığı Ermənistan daxilində legitimləşdirilməsi ilə bağlıdır. Revanişist qüvvələrə ictimai dəstəyin olmaması, həmçinin Qərb institutlarının sorğularının nəticələri ölkə vətəndaşlarının qarşıdakı mərhələdə Paşinyanla, yaxud “Qarabağ klanı”na aid olmayan başqa biri ilə yola davam etmək niyyətini ortaya qoyur. Prosesdə sabiq prezident Levon Ter-Petrosyanın önə çıxması ehtimalı da var.