Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, C.Bayramovun paytaxt Ankarada baş tutacaq 13-cü Səfirlər Konfransında iştirakı nəzərdə tutulub.