• 28 Avqust 2026
logo
I sinfə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

I sinfə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Paytaxtda uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Bu barədə Baymedia.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 03 iyun 2024-cü il saat 11:00-dan etibarən paytaxtda uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Qeyd edilən tarixdən sonra Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.