• 18 Oktyabr 2024
logo
1 yaşlı körpə hovuza düşərək boğuldu

1 yaşlı körpə hovuza düşərək boğuldu

Abşeronda bir yaşlı körpə hovuza düşərək boğulub.

Baymedia.az xəbər verir ki, hadisə Novxanı bağlarında qeydə alınıb.

2023-cü il təvəllüdlü Alpay Murad oğlu Rəcəbov yaşadığı evin həyətində hovuza yıxılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.