• 27 Avqust 2026
logo
Türkiyə-Azərbaycan Universiteti: qəbulun ilkin nəticələri

Türkiyə-Azərbaycan Universiteti: qəbulun ilkin nəticələri

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun ilkin nəticələri açıqlanıb.

Baymedia.az xəbər verir ki, bu barədə Texniki Universitetin rektoru Vilayət Vəliyev özünün Feysbuk hesabında məlumat paylaşıb.

O bildirib ki, nəticələr gözləniləndən də yüksək olub:

“Kompüter mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə – 684.9, ən aşağı nəticə 641.6, Sənaye mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 663.7, ən aşağı nəticə 544.4; Qida mühəndisliyi ixtisası üzrə ən yüksək nəticə 632.8, ən aşağı nəticə 452.1. olub”.