• 21 Dekabr 2024
logo
İtaliyanın İqlim dəyişikliyi üzrə xüsusi elçisi: COP29 faydalı bir platforma olacaq

İtaliyanın İqlim dəyişikliyi üzrə xüsusi elçisi: COP29 faydalı bir platforma olacaq

"İqlim dəyişikliyi ilə mübarizəni bir neçə mərhələyə ayırmaq mümkün olsa da, bu məsələnin əsasını Paris Razılaşması təşkil edir".

APA xəbər verir ki, bunu "Pre-COP29: Ümümdünya İqlim Şəffaflığına Qlobal Dəstəyin Gücləndirilməsi" adlı panel müzakirədə İtaliyanın İqlim dəyişikliyi üzrə xüsusi elçisi Françesko Kovaro deyib.

"İqlim dəyişikliyi ilə mübarizə təkcə maliyyə problemləri ilə məhdudlaşmır. Burada ilk növbədə fərqli yanaşma sərgilənməlidir. Burada dövlət qurumları ilə bərabər həm qeyri-hökumət təşkilatları, həm də vətəndaş cəmiyyətinin nümayəndələri aktiv şəkildə iştirak etməlidir. İqlim dəyişikliyi ilə mübarizəni bir neçə mərhələyə ayırmaq olar. Lakin bu məsələnin əsasını Paris Razılaşması təşkil edir. Mən düşünürəm ki, COP29 bu sahədə tamamilə yeni və aktual istiqamətlərin müəyyənləşdirilməsi baxımından faydalı bir platforma olacaq. Biz də məhz bu sahədə yeni imkanları aşkarlamaq və faydalı sinerji yaratmaq üçün bir yerə toplaşacağıq", - Françesko Kovaro qeyd edib.