• 1 Noyabr 2024
logo
Urmu gölü barədə son məlumat açıqlandı

Urmu gölü barədə son məlumat açıqlandı

Urmu gölünün ekoloji vəziyyəti ilə bağlı yayılan son məlumatda göldə suyun səviyyəsinin normal ekoloji vəziyyəti ilə müqayisədə 4 metr azaldığı bildirilib.

Gunaz.tv

Bu barədə Təbriz mediası məlumat yayıb.

Məlumata görə, göldə ekoloji problem davam edir və son mövsimi yağışlara baxmayaraq, hazırda Urmu gölündə olan su həcmi 1 milyar 170 milyon kubmetrdir.

Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.